29-03-2017, 16:40
0
76
Paylaş

Ərindən boşanan rəqqasə Renka: "Oğlum böyüyəndən sonra toy edəcəm..."

Rəqqasə Renka həyat yoldaşından boşanmasından danışıb.

Efirde.az-ın məlumatına görə, “APA TV”-də aparıcı Yalçın Uğurun təqdimatında yayımlanan “Show time” verilişində qonaq olan rəqqasə şəxsi həyatı barədə bu sözləri deyib:

“Şəxsi həyatım yaxşı olmadı. Hərdən çox pis oluram. Həyat yoldaşımdan ayrıldım, boşanandan 2-3 il sonra rəqqasəliyə gəldim. Rəqs etmək mənim uşaqlıq arzum olub. Təsəvvür edə bilməzdim ki, nə vaxtsa rəqqasə ola bilərəm. Bu sənətə gəlməmişdən qabaq evdə məşq edirdim. Sonra fikirləşdim ki, niyə də öz arzumun arxası ilə getməyim!?"

İki övlad anası olan rəqqasə bildirib ki, uşaqları atası ilə tez-tez görüşmür:

“Uşaqlarıma həm atalıq, həm də analıq edirəm. Keçmiş həyat yoldaşım Bakıda yaşamır. Bura gələndə övladları ilə görüşür”.

Renka bildirib ki, yenidən ailə qurmayacaq: 

“Ərə getmək barədə düşünmürəm. Övladlarıma görə bu addımı atmaram. Gözləyirəm ki, oğlum böyüsün, onu evləndirim”. 

Qeyd edək ki, rəqqasə Renkanın iki övladı var. Oğlunun 10, qızının 8 yaşı var.шаблоны для dle 11.2

Şərhlər



Hörmətli istifadəçi
Bu xəbərə fikir bildirən olmayıb! Siz ilk ola bilərsiniz...

Şərh yaz

Diqqət ! Şərh yazarkən bu qaydalara diqqət etməlisiniz. 1) Şərhlərdə başqa userləri təhqir və ya alçaldıcı yazılar yazmaq olmaz.
2) Şərhlərdə çox qısa yazı yazmaq olmaz. (məsələn tşk, ela, ok və s).
3) Şərhlərdə xəbər məzmununa aid olmayan yazılar yazmaq olmaz.
4) Şərhlərdə reklam xarakterli yazılar yazmaq hansısa sayt adı çəkmək olmaz.*