27-03-2017, 20:02
0
58
Paylaş

Hava dəyişəcək, qar yağacaq - Nazirlikdən xəbərdarlıq

Martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.  Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
шаблоны для dle 11.2

Şərhlər



Hörmətli istifadəçi
Bu xəbərə fikir bildirən olmayıb! Siz ilk ola bilərsiniz...

Şərh yaz

Diqqət ! Şərh yazarkən bu qaydalara diqqət etməlisiniz. 1) Şərhlərdə başqa userləri təhqir və ya alçaldıcı yazılar yazmaq olmaz.
2) Şərhlərdə çox qısa yazı yazmaq olmaz. (məsələn tşk, ela, ok və s).
3) Şərhlərdə xəbər məzmununa aid olmayan yazılar yazmaq olmaz.
4) Şərhlərdə reklam xarakterli yazılar yazmaq hansısa sayt adı çəkmək olmaz.*