25-03-2017, 13:48
0
39
Paylaş

"Natavan evli kişidən evlilik təklifi, Aygünün karyerası məhv olacaq" - Ekstrasensdən ŞOK PROQNOZLAR

Ötən ilin bu vaxtlarında Təbrizdə avtomobil qəzası keçirən tanınmış ekstrasens Həsən Həsrətli yenidən ayağa qalxıb.
Metbuat.az-a özəl açıqlama verən ekstrasens insanların ona münasibətindən danışıb.
- Həsən deyəndə hər kəsin ağlına ilk olaraq öncəgörücü gəlir, lakin bu müsahibəmizdə insanlar səni başqa tərəfdən də tanıyacaq.
- Əksəriyyət məni ekstrasens kimi tanısa da, yaxınlarım peşəkar idmançı olduğumu bilir. “Qara”, “qırmızı” kəmərlərim var. Kiqboksinq, taekvondo, bodibildinqlə məşğul olmaq mənə enerji verir. Vücud gözəlliyinin aşiqiyəm. Mən həmişə Arnold Şvartsneyqer fanatı olmuşam.
- Fərqli olduğunu nə zaman başa düşmüsən?
- 6 yaşımda gecə yatarkən qəribə səslər çıxarmışam. Kliniki ölüm keçirəndən sonra insanların mənim gücümə ehtiyacları olduğunu başa düşdüm.
- Səncə niyə insanlar caduya meylli olurlar?
- 8 il öncəyə qədər mən də caduyla məşğul olmuşam. Həcc ziyarətindən sonra tövbəliyəm. Azərbaycanda satanizmə aid yeganə kitab məndədir. Onu dərin bir yerdə gizlətmişəm. İstəsəm ondan istənilən insanı məhv etmək üçün istifadə edə bilərəm. Amma mən yalnız xeyirxah işlərlə məşğulam.
- Deyirlər Bakıda az hallarda olursan?
- Uzun illər İstanbulda yaşamışam. İşimlə əlaqədar tez-tez Türkiyə, Gürcüstan, Ukrayna və İranda oluram. Həmin ölkələrdə mənim enerji qüvvəmdən istifadə edirlər. Sağalmaz xəstəliklərə yalnız mən çarə tapıram.
- Ailə həyatınla bağlı nə deyə bilərsən?
- Təxminən 2 il öncə ailə qurmuşam. Ailə həyatım davam edir. Hələ ki, övladım yoxdur.
- Yerli kanallardan təklif alırsanmı?
- Eşitmişəm Azərbaycanda ektrasens tipli verilişlərin yayımına qadağa qoyulub. Əksər ölkələrdə belə verilişlər yayımlanır. Burada qeyri-adi nə var axı?
- Yerli şou-biznes nümayəndələrinin gələcəyini necə görürsən?
- Onların əksəriyyətinin nəinki sənətini, heç insanlığını da bəyənmirəm. Aygün Kazımova meditasiya ilə məşğul olmasa, karyerası məhv olacaq. Röya isə sevgi məsələlərinə çox da baş qoşmasın. Yoxsa, şou-biznes aləmindən silinəcək. Natəvanı isə evli kişi ilə münasibətdə görürəm. Zamiq əsl sevginin bir addımlığındadır. Amma nədənsə o, bunu görə bilmir. Ayan Atakişiyeva isə ikinci dəfə ana olacaq.









 шаблоны для dle 11.2

Keçidlər

Şərhlər



Hörmətli istifadəçi
Bu xəbərə fikir bildirən olmayıb! Siz ilk ola bilərsiniz...

Şərh yaz

Diqqət ! Şərh yazarkən bu qaydalara diqqət etməlisiniz. 1) Şərhlərdə başqa userləri təhqir və ya alçaldıcı yazılar yazmaq olmaz.
2) Şərhlərdə çox qısa yazı yazmaq olmaz. (məsələn tşk, ela, ok və s).
3) Şərhlərdə xəbər məzmununa aid olmayan yazılar yazmaq olmaz.
4) Şərhlərdə reklam xarakterli yazılar yazmaq hansısa sayt adı çəkmək olmaz.*