22-03-2017, 23:25
1
177
Paylaş

Azərbaycanlı bu müğənnilər yol qəzasında ölüb... - FOTOLAR

Sənət aləminin bir çox tanınmış siması yol qəzası zamanı dünyasını dəyişib.
Efirde.az yol qəzasında ölən qəzada ölən yerli məşhurların siyahısını təqdim edir:


Müğənni Şəfa Hüseynova - 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində anadan olub. 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Şəfa “Geri dön” və “Sevgi qatarı” mahnıları ilə tanınıb.



Müğənni Rəcəb Musayev – Tamaşaçılar Rəcəbi “Yeni ulduz 2” müsabiqəsindən tanıyırdı. Yarışmanın qalibi olmuşdu. Mərhum müğənni 2011-ci il yanvarın 8-də yol qəza
sı keçirib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Reper Hüseyn Dərya - 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. 2014-cü il martın 14-də gecə saatlarında avtomobil qəzası keçirib. Martın 15-də səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Müğənni Leyla – Leyla da tamaşaçılara “Yeni ulduz” müsabiqəsindən tanışdır. O, eyni zamanda, “Əziz müəllimim” adlı məşhur mahnını ifa edən sənətçilərdən biri olub. Uzun müddət Rusiyada yaşayan Leyla, Bakıya qayıtmış və sənəti ilə məşğul olmağa başlamışdı. Gecə saatlarında evinə gedərkən avtomobili ilə qəza keçirib, dünyasını dəyişib.
Aktyor Ramiz Əliyev – Hər kəs onu “Çal-çağır” verilişində "Böyük xanım" rolu ilə tanıyırdı. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyoru idi. 2003-cü il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib.
 
шаблоны для dle 11.2

Keçidlər

Şərhlər

    FIRAR 01-aprel-2017, 10:14

    ALLAH rehmet elesin

Şərh yaz

Diqqət ! Şərh yazarkən bu qaydalara diqqət etməlisiniz. 1) Şərhlərdə başqa userləri təhqir və ya alçaldıcı yazılar yazmaq olmaz.
2) Şərhlərdə çox qısa yazı yazmaq olmaz. (məsələn tşk, ela, ok və s).
3) Şərhlərdə xəbər məzmununa aid olmayan yazılar yazmaq olmaz.
4) Şərhlərdə reklam xarakterli yazılar yazmaq hansısa sayt adı çəkmək olmaz.*