9-04-2017, 13:10
0
213
Paylaş

Sabah qar yağacaq – PROQNOZ

Aprelin 10-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

EFIRDE.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Hava günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacaq, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Havanın bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru bəzi rayonlarda yağıntıda fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.шаблоны для dle 11.2

Şərhlər



Hörmətli istifadəçi
Bu xəbərə fikir bildirən olmayıb! Siz ilk ola bilərsiniz...

Şərh yaz

Diqqət ! Şərh yazarkən bu qaydalara diqqət etməlisiniz. 1) Şərhlərdə başqa userləri təhqir və ya alçaldıcı yazılar yazmaq olmaz.
2) Şərhlərdə çox qısa yazı yazmaq olmaz. (məsələn tşk, ela, ok və s).
3) Şərhlərdə xəbər məzmununa aid olmayan yazılar yazmaq olmaz.
4) Şərhlərdə reklam xarakterli yazılar yazmaq hansısa sayt adı çəkmək olmaz.*